"Azəriqaz" və "Azərsu" arasında - MƏHKƏMƏ

"Azəriqaz" İstehsalat Birliyi ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti arasında məhkəmə çəkişməsi davam edir.

İndex.az xəbər verir ki, məhkəmə işinə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov baxır.

Növbəti məhkəmə iclası iyul ayının 5-də keçiriləcək. Daha əvvəl 3 iclas keçirilib.

Qeyd edək ki, məhkəmə iddiası “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaldırılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhkəmədə cavabdeh qismində iştirak edir.

Məhkəmə çəkişməsinin səbəbi kimi “Azərsu” ASC-nin istifadə etdiyi təbii qazın pulunu ödəməməsi göstərilir.




©Yeniavaz
0
53
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar