Bərbərxana və gözəllik salonları üçün onlayn növbə TƏLƏBİ

Bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

Valyuta.az xəbər verir ki, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Sənəddə qeyd olunub ki, bərbər və gözəllik salonlarında iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

Bundan başqa, bu xidmət sahələrində bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi də məcburidir.

0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar