Biləsuvarın kəndi bir neçə gündür işıqsız qalıb

Biləsuvar rayonunun Çaylı kəndi işıqsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, iki gün əvvəl rayonda yağan yağışdan sonra kəndin elektrik enerjisi təsərrüfatında fasilələr yaranıb.

Kəndin bir hissəsini elektrik enerjisi ilə təmin edən transformatorda yaranan nasaslıqdan sonra, bu ərazidə olan evlər işıqsız qalıb.

Sakinlərin "Report"un yerli bürosuna verdiyi məlumata görə, problemlə bağlı Biləsuvar Rayon Elektrik Şəbəkəsinə bu barədə məlumat verilsə də, problem hələ həll edilməyib.

Mənbə:
0
1132
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar