“Bişərəflər Ermənistanın şərəfini necə qoruyacaq?!” – Armen Aşotyan

“Zohrab Mnatsakanyan, Ara Ayvazyan, David Tonoyanı heç vaxt bağışlamayacağam”.

Turkustan.info “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan tərəfdarları vasitəsilə təbliğ edilən antimilli fəaliyyətini davam etdirəcək. “2 il yarım Paşinyan işləri pisləşdirir, Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Zohrab Mnatsakyan malalayır, bununla da erməni xalqını aldadırdı. Son müharibədəki məğlubiyyətin səbəblərindən biri məhz məhv olmuş diplomatiyadır. 9 Noyabrdan sonra xain-təslimçi ilə işləməyə razı olan Ara Ayvazyan da günahkardır. Axı o nə baş verdiyini görürdü. Yanvarın 11-də, əsirlər geri qaytarılmasa da, kommunikasiyalarla bağlı sənədi imzalayıb! İndi, “ölümündən əvvəl” günahlarını etiraf etmək istəyər?!”.

Baş Qərargah rəisi Artak Davtyan da partiya funksionerinin tənqidinə tuş gəlib. Aşotyanın sözlərinə görə, şərəfindən məhrum olan bir insan dövlətin şərəfini qoruya bilməz. /Yenisabah.az/

 

0
201
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar