Boyu artırmaq üçün – VASİTƏLƏR

Ətrafımızda boyunun kişik olmasından şikayət edən insanlar elə də az deyil. Boyu necə artırmaq sualı ilə redaksiyamıza çoxlu müraciətlər daxil olur.

Tibb.fed.az bildirir ki, boyun inkişafının zəif olmasının bir sıra səbəbləri var:

- İrsi səbəblər – ata və ananın qısaboylu olması

-Qeyri-düzgün qidalanma

- Düzgün olmayan həyat şəraiti

- Bütün endokrin vəzlərə nəzarət edən və baş beyində yerləşən hipofiz vəzin bətndaxili dövrdə zədələnməsi.

- Kəllə-beyin travmaları

- Hipofiz və onu əhatə edən törəmələrin şişləri

- Sifilis, sarkaidoz, vərəm kimi xəstəliklər

- Ağır mədə-bağırsaq, böyrək, qan xəstəlikləri

- Ağır idman növləri

- Zərərli vərdişlər

Lakin müəyyən üsullarla boyu uzatmaq olar. Bəs bunlar nələrdir?

Qidalanma: Sağlam qidalanma hər şeyin başında gəlir. Bol vitamin qəbulu boy artımına kömək edir. Xüsusilə də balıq, süd və süd məhsullarının tərkibində olan vitaminlər. Onu da qeyd edim ki, südü yatmazdan əvvəl qəbul etmək sümükləri uzadır. D vitamininin qəbulu da boyun uzanmasına kömək edir. Zülal tərkibli qidaların:  ət, balıq, paxlalılar, yumurta, qoz-fındıq,yod tərkibli xurma, dəniz məhsulları, dəmir tərkibli qarabaşaq, qaraciyər, göbələk, alma, kobalt tərkibli kişmiş, sarımsaq, kalmar, kalsium tərkibli qatıq, kəsmik, portağal, əncir kimi qidaların qəbulu boyu uzadır.

Məşq edilməsi: Basketbol oynamağın boy artımında köməyi olduğu söylənilir. Eyni zamanda tullanmaq da boyun artımı üçün faydalıdır.

Xalq təbabəti ilə:

1 qram arı südü 20 ml 40 faizli spirtdə həll olunur. 10 gün müddətinə qarışıqdan 3-6 damcı qəndin və bir damla balın  üzərinə damızdırılıb yeməkdən yarım saat əvvəl dil altında sorulur. Vəziyyətdən asılı olaraq fasilələrlə 3-12 kurs təkrarlamaq olar. İstifadə müddətində arı südü bəlğəmin xarakterini durulaşdırdığına görə tutmaşəkilli öskürək yaradarsa doza yarıbayarı azaldılmalıdir. Orqanizm öyrəşdikdən sonra doza 1-2 damcı olmaqla gündəlik artırılır.

Hərəsindən 75 qram kəklikotu və qoz yarpaqları, 100 qram xəndəkotu kökü götürülür, qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı, 2 stəkan qaynar suda axşamdan səhərə qədər termosda dəmlənir, süzülür. 50 ml gündə 4 dəfə yeməkdən yarım saat əvvəl daxilə qəbul edilir.

Hərəsindən 1 çay qaşığı xırdalanmış gicitkən yarpağı, zəncirotu yarpağı, adi mərcangilə götürülür, qarışdırılır. Emallı qabda üzərinə 0,5 litr distillə suyu əlavə edilir, 5-6 dəqiqə zəif odda qaynadılır, 30 dəq. dəmlənir, süzülür. Hər gün təzə dəmləmək şərtiylə 21 gün müddətində gündə 2-3 dəfə olmaqla yeməkdən 20 dəq əvvəl 1/2 stəkan daxilə qəbul edilir. 14 günlük fasilədən sonra müalicə kursu təkrar olunur.

½ çay qaşığı gicitkən kökü,  hərəsindən 1/3 çay qaşığı zəncirotu kökü, itburnu meyvəsi, istiotli nanə yarpağı götürülür, qarışdırılır, üzərinə 0,5 litr su əlavə edilir. Emallı qabda zəif odda 15 dəq bişirilir, 2-3 saat qaranlıq otaqda dəmlənir, süzülür. Daha sonra 1/3 çay qaşığı çobanyastığı çiçəkləri, hərəsindən 1/2 çay qaşığı olmaqla dəvədabanı və bağayarpağı yarpağı üzərinə 0,5 litr qaynar su əlavə edilərək termosda bir saat dəmlənir, süzülür. Daha sonra alınan dəmləmə ilə süzülmüş hazır bişirmə qarışdırılır, zəif odda qızdırılır qaynayan kimi ocaqdan götürülür üzərinə 4 xörək qaşığı təbii bal əlavə edilir, bal əriyənədək qarışdırılır. Yeməkdən yarım saat əvvəl 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edilir. Müalicə kursu 3 həftədir. 2 həftəlik fasilədən sonra kurs təkrar edilə bilir.

Vannalar:

Hərəsindən 0,5 kq şam qozası, iynə yarpaqları və budaqları götürülür, üzərinə 3 litr su əlavə edilir, zəif odda yarım saat bişirilir, ocaqdan götürülərək 12 saat dəmlənir, süzülür. Vannaya isti su tökülür, süzülən bişirmə üzərinə əlavə edilir. 8-10 dəq müddətində həmin vannada uzanılır.

Bir dolu ovuc adaçayı yarpaqları götürülür üzərinə 3 litr su əlavə edilir, ağzı bağlı qabda zəif odda 30 dəqiqə qaynadılır, ocaqdan götürərək yarım saat dəmlənir, süzülür.

0
120
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar