“Bu xəbərlər yalandır” – Zidan

“Real”ın baş məşçqisi Zinəddin Zidan “Atletik”lə matçdan sonra (1:0) futbolçularına bu yay klubdan ayrılacağını deməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sozcu.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis həmin məlumatları təkzib edib: “Mövsümün bu mərhələsində komandamdan ayrıldığımı futbolçularıma necə deyə bilərdim? Bu xəbərlər yalandır. Biz yalnız mövsümün sonunu fikirləşirik. Bundan başqa bir şey yoxdur”.

Qeyd edək ki, “Real” mövsümün sonuna 1 oyun qalmış La Liqanın turnir cədvəlində 81 xalla 2-cidir. Madrid təmsilçisi lider “Atletiko”dan 2 xal geri qalır.

0
349
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar