Cənubi Qafqazda Rusiya hegemoniyasının sonu: Bakı və Ankaradan kritik həmlə

“Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi Cənubi Qafqazı dəyişəcək”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist iki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsinin bölgədəki geosiyasi durumu dəyişəcəyini bildirib:

44 günlük İkinci Qarabağ Müharibəsində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO-ya birmənalı uduzdu. Artıq Rusiya Cənubi Qafqazda əvvəlki kimi, mütləq hakim deyil. Rusiyanın qarşısında Türkiyə kimi, çox güclü orduya malik regional supergüc var. Bundan sonrakı dövr ərzində - 4.5 il sonra Rusiyalı sülhməramlıların Azərbaycan ərazisini tərk etmələri şübhə doğurmur.

Ermənistanın onu dəfələrlə aldatmış və sui-istifadəyə davam edən Rusiyaya inanmaqla Türkiyə və Azərbayanla münasibətləri normallaşdırmaq arasında seçimi var. İkinci variant Ermənistan üçün daha məqbuldur. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hərbi-siyasi ittifaqı, müttəfiqliyi ehtiva etdiyindən Ermənistanın hər hansı formada yeni müharibəyə başlaması onun məhvi olacaq. Rusiya heç bir halda prosesə qatıla bilməyəcək. Çünki bu gündən etibarən Azərbaycana edilən təhdid və təzyiq Ankaraya təzyiq sayılır. Moskva isə ermənilərə görə Ankara ilə münasibətilərini əsla gərginləşdirməyəcək”.

Elçin Alıoğlu qeyd edib ki, Şuşa Bəyannaməsi ABŞ və NATO-nun bölgədə Türkiyəyə tam fəaliyyət kart-blanşı verməsidir:
“Vaşinqtonla Brüssel Cənubi Qafqazda Rusiyanın önünü kəsən güc qismində məhz Türkiyəni görürlər və Ankaraya bütün istiqamətlərdə dəstək verəcəklər. Digər yandan, yaxın illərdə, daha dəqiq desək, 4-6 ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı və təminat səviyyəsi İtaliya, Yunanıstan, İsveç səviyyəsinə çatdırılacaq. Ordumuz NATO standartlarına keçidi sürətləndirəcək”.

0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar