Deputat parlamentdə 9 saylı "MERO"nu ittiham edib

Deputat Müşfiq Cəfərov sürücülük vəsiqələrinin alınmasında rüşvət hallarının olduğunu deyib. Bu barədə o, parlamentin üzvü xüsusən Gəncədə 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən rüşvətxorluqdan danışıb. M.Cəfərov iddia edib ki, sürücülük vəsiqəsi üçün 104 manat dövlət rüsumu tələb olunduğu halda həmin şöbədə 1000 manat istənilir. Tia.az-a danışan şikayətçilər isə bildiriblər ki, Gəncədə 9 saylı "MERO”da böyük bir "prava” bazar açılıb: "Hətta deputat dilə gəlib. Hər halda millət vəkilinin bu çıxışından sonra mütləq şəkildə sözügedən şöbədə araşdırma aparılacaq, əgər belə hallar mövcuddursa, ciddi tədbir görüləcək". Bildirilir ki, mətbuatda bu şöbə ilə bağlı çoxsaylı şikayətlər var. Məsələn, bir müddət əvvəl qardaşı şəhid olan, özü I qrup əlil İskəndərov İskəndər İslam oğlu deyib ki, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində sürücülük vəsiqəsini qanuni yolla almaq olmur. Onun sözlərinə görə, 1200 manatdan aşağı sürücülük vəsiqəsini almaq olmaz. Şəhid qardaşı deyib ki, 900 manata razılaşmayıblar. KİV-də gedən xəbərlərə görə, Göygöl, Samux, Daşkəsən, Naftalan rayonları da daxil olmaqla 5 regiondan imtahana gələn və kəsilən vətəndaşlar "MERO” rəisi və adamlarıyla danışıqlar aparmağa başlayır. Dövlət Baş Yol Polis idarəsi isə xəbərə münasibət bildirməyib.

0
176
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar