“Deyəsən, mənim üçün “Real” dönəmi bitib, bir də ora getmərəm"

“Everton”un futbolçusu Xames Rodriqes gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Xames İngiltərə klubunda xoşbəxt olduğunu deyib:

“Everton”da xoşbəxtəm. “Real”a qayıdacağımı düşünmürəm. Bir il daha burda qala bilərəm, mənim üçün problem yoxdur.

Karlo Ançelottinin məni “Real”a qaytaracağına inanmıram. Deyəsən, mənim üçün “Real” dönəmi bitib. Yəqin ki, bir də ora getmərəm, ancaq yaşım da hələ azdır”.

Rodriqesin “Everton”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar