Ekspert: "Elektron Reyestrdə məlumatlar olduğu halda kağız Passporta nə ehtiyyac var?"

Xeberler.az bildirir ki, Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı təsdiqləyib.

Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti,ekspert Osman Gündüz münasibət bildirib:

"Uzun müddət olardı ki, startap ekosistem meyarların qəbulunu gözləyirdi. Baxıram ki, bu cür meyarlar üçün elə də gözləməyə dəyməzmiş.

"Startap Azərbaycan" olaraq bizim verdiyimiz təkliflər daha yumşaq və startaplar üçün daha məqbul bir variant ola bilərdi. Şəhadətnamə üçün müraciət edənin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar qəlizləşdirilib və burada adi, yenicə formalaşan innovativ bir şəxs və ya qrup üçün ifrat sərtləşdirilmiş tələblər yer alıb. Startap şəhadətnaməsini KOBİA verəcək.

Qurumda qiymətləndirmə məqsədilə dövlət sektorundan və müstəqil ekspertlərdən ibarət Ekspert Şurası yaradılacaq. “Startapı meyarları”na əsasən, meyarlara cavab verən və “Startap şəhadətnaməsi" əldə edənlərin innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən 3 il müddətinə azad edilirlər".

Ekspert bildirib ki, Elektron Reyestrdə hər şeyin olduğu bir halda yenidən ona bir peçatlı-ştamplı kağız Pasport da verilməsinə ehtiyyac yoxdur:

"Reyestri formalaşdırmaq və Startap pasportunu təqdim eymək səlahiyyəti NRYTN yanında İnnovasiya Agentliyinə verilib. Reyestr ictimaiyyət üçün açıq olacaq.

Düşünürəm ki, bu cür sənədlər ekosistemin inkişafı üçün heç bir halda yetərli ola bilməz".

Osman Gündüzün fikrincə ekosistemin və innovasiyaların inkişafı və münbit şərait üçün xeyli sayda qanunlar qəbul edilməli, startaplar üçün investisiya problemləri həll edilməli, investorlar klubu və fondları yaradılmalıdır.

"Xüsusən də bu sahənin inkişafına cavabdeh olan 3 dövlət qurumu, VXSİ Dövlət Agentliyi, NRYTN və KOBİA səylərini gücləndirməlidirlər".

0
648
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar