Ekspert: Nazirlər Kabinetinin saytının axtarış sistemində qüsurlar var

"Nazirlər Kabinetinin rəsmi saytının axtarış sistemində qüsurlar var".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:

"Nazirlər Kabinetinin rəsmi internet saytı bir xeyli öncə yenilənmişdi. Son zamanlar bir qədər də təkmilləşdirlib və kontent bazası genişləndirilib.

Bu günlərdə bu resurs üçün daha bir domen - nk.gov.az domenini də aktiv ediblər.

Hazırda sayt həm bu domen, həm də əvvəlki cabmin.gov.az domeni üzrə işləyir. Bununla belə, baxıram ki, saytda müəyyən çatışmazlıqlar da qalıb. Xüsusən də axtraış sistemində görünür ki, qüsurlar var.

Güman ki, axtarış sistemi hazırlanandan sonra yetərincə testdən keçirilməyib.

Axtarış üçün hansısa bir söz daxil etdikdə, baxmayaraq ki, bazada xeyli saydadır, ya heç bir sənəd tapılmır, ya da adında və ya mətnində həmin söz olan az sayda sənədlər tapılır.

Düşünürəm ki, saytı hazırlayanlar, axtarış sistemini yenidən testdən keçirməlidirlər.

Eyni zamanda, fikrimcə , axtarışın, bu qədər “kasıb” təqdim edilməsi də doğru yanaşma deyil. Yaxşı olardı ki , axtarışda istifadəçiyə seçim imkanı (sənəd yoxsa digər material) verilsin, sənədin bir neçə parametr üzrə ( başlıq, sənədin nömrəsi, mətndə olan sözə görə və s.) axtarış imkanı təqdim edilsin.

Maraqlıdır ki, nk.gov.az domeni aktiv olsa da GOV.AZ qeydiyyat sistemi bunu sərbəst kimi göstərir. Görünür ki, baş GOV-da da problemlər var

Gov.az sistemi müxtəlif dövlət qurumlara məxsus , xeyli öncə qeydiyyatdan keçən dömenləri də yeni olaraq təqdim edir.

Yəni arzulayan dövlət qurumu, elə nk.gov.az da əldə edə bilər Ümid edirəm XRİTDA kontrolu gücləndirəcək".

0
613
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar