Ekspert: Startap ekosistemin inkişafında irəliləyiş olacaqmı?

Xeberler.az bildirir ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin yaradılması haqqında fərman imzalayıb. Mərkəz texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirmək üçün yaradılıb.

 

Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz münasibət bildirib:

 

"Bu publik hüquqi şəxs innovativ inkişafı, o cümlədən STARTAP LAYİHƏLƏRİN DƏSTƏKLƏNMƏSİNİ, elmi tədqiqatların nəticələrinin transferini, texnologiyaların hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini təşkil edəcək.

 

Xatırlayıram ki, indiyədək, bu dövlət Agentliyinin Aparatında Texnologiya transferi və kommersiyalaşmaya dəstək şöbəsi fəaliyyət göstərirdi.

 

Həmçinin, ötən illərdə AMEA-da, UNEC və AzTU-da oxşar şöbələr yaradılıb və fəaliyyət göstərirlər.

 

Beləliklə, ölkəmizdə startap ekosistemin və innovasiyaların inkişafı üçün hazırda aşağıdakı dövlət qurumları cavabdehdir:

 

1. NRYTN yanında İnnovasiya Agentliyi

2. VXSİ Dövlət Agentliyinin İnnovasiya Mərkəzi

3. KOBİA

4. Əqli Mülkiyyət Agentliyi tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi” Mərkəzi

 

Ümid edək yeni dövlət qurumunun formalaşması ekosistemin inkişafına təkan verəcək".

0
681
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar