Əməliyyatdan sonra LƏHCƏSİ DƏYİŞDİ - VİDEO

Avstraliyanın Brisben şəhərinin 29 yaşlı sakini Ancela Yen boğazından əməliyyat olunduqdan 10 gün sonra qəfildən İrlandiya ləhcəsi ilə danışmağa başlayıb.

BiG.AZ xəbər verir ki, bu barədə "New York Post" yazır.

Belə ki, o, İrlandiya ləhcəsi ilə danışmağa başladığımı aprelin 29-da hiss edib. Bundan 10 gün öncə isə Yen boğazındakı badamcıqları çıxarmaq üçün əməliyyat keçirib.

"Heç vaxt İrlandiyada olmamışam. Səkkiz yaşımda Avstraliyaya köçmüş və son 20 il ərzində Avstraliya ləhcəsi ilə danışmışam", - deyə Ancela bildirib.

Tanınmış Avstraliya alimi Dr. Karl Kruşelnitskinin sözlərinə görə, Yen nadir "xarici ləhcə sindromu"na tutulmuş ola bilər. Belə xəstəlik yalnız 150 nəfərdə qeydə alınıb. Adətən buna kəllə-beyin travması səbəb olur.

Hazırda Ancela onun vəziyyətini öyrənib diaqnoz qoymağa çalışan nevroloqun nəzarətindədir.

Bundan əlavə, o, sosial şəbəkələrdə bloq açaraq müalicənin təfərrüatlarından bəhs edir.

Onun doğru danışdığına şübhə edənlərə isə Yen çəkdiyi müalicə xərclərini ödəməyi təklif edir.

Oxşar hadisə daha öncə İngiltərədə də baş verib. Burada bir neçə aylıq nitqini itirən qadın yad ləhcələrdə - bəzən fransız və italyan, stress zamanı isə rus ləhcəsində - danışmağa başlayıb.

Natəvan Baxşiyeva


BiG.Az
0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar