Çempionlar Liqasının finalı Türkiyədən alındı!

"Çelsi" və "Mançester Siti" klublarının qarşılaşacağı Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter hesabında yazıb. O, bu barədə rəsmi məlumatın tezliklə açıqlanacağını bildirib.

Final qarşılaşmasının İstanbuldan alınmasının səbəbi İngiltərə hökumətinin Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil etməsi olub. Matçın təşkili üçün əsas namizəd şəhərlər isə London və Lissabondur.

Qeyd edək ki, final görüşü mayın 29-da Atatürk Olimpiya Stadionunda baş tutmalı idi.

0
100
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar