Ən uzun müddətli koronavirus xəstəsi tapıldı – Bir ildir xəstəxanadadır

Pandemiya tarixində ən uzunmüddətli kovid xəstəsi qeydə alınıb. O, hələ indi –indi sağalır.

BiG.AZ xəbər verir ki, Britaniya sakini 49 yaşlı Ceyson Kelk 1 ildir koronavirus xəstəxanasındadır.

O, 2020-ci ilin aprelində koronavirus pnevmoniyası ilə xəstəxanaya yerləşdirilib. Onu süni tənəffüs aparatından ayırıblar, lakin o hələ də gəzə bilmir.

Pasiyentin arvadı bildirir ki, kişinin mədəsi, böyrəkləri, ağciyərləri demək olar ki, tamamilə sıradan çıxmışdı. "Biz onun ayağa qalxacağına inanmırdıq, indi isə evə qayıdacağına əminik"./Medicina.az


BiG.Az
0
53
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar