Ən uzun müddətli kovid xəstəsi tapıldı– Bir ildir xəstəxanadadır


Pandemiya tarixində ən uzunmüddətli kovid xəstəsi qeydə alınıb. O, hələ indi –indi sağalır.

Medicina.az xəbər verir ki, Britaniya sakini 49 yaşlı Ceyson Kelk 1 ildir koronavirus xəstəxanasındadır.

O, 2020-ci ilin aprelində koronavirus pnevmoniyası ilə xəstəxanaya yerləşdirilib. Onu süni tənəffüs aparatından ayırıblar, lakin o hələ də gəzə bilmir.


Pasiyentin arvadı bildirir ki, kişinin mədəsi, böyrəkləri, ağciyərləri demək olar ki, tamamilə sıradan çıxmışdı. “Biz onun ayağa qalxacağına inanmırdıq, indi isə evə qayıdacağına əminik”.

0
92
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar