Ərdoğan Ağdamdakı Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfəri çərçivəsində Bakıda Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hərbçilərlə görüşüb. Bu barədə Türkiyə Prezident Administrasiyası özünün “Twitter” səhifəsində  məlumat paylaşıb.

“Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan missiyası qrupunda yer alan hərbçilərlə görüşüb”, - məlumatda bildirlib.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-dan etibarən fəaliyyətə başlayıb.

 

0
59
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar