Ermənistan hökuməti dövlət borcunu rekord templərlə artırır

Ermənistan hökuməti büdcə xərclərini ödəmək üçün dövlət borcunu rekord templərlə artırır. Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Son 1 ildə Ermənistan 1 milyard 370 milyon dollar borc toplayıb. İqtisadiyyatın vəziyyəti pisdir, borc da artır və bu, ağır yük olacaq.

Aprel ayının sonuna olan vəziyyətə əsasən, Ermənistanın dövlət borcu təxminən 8 milyard 773 milyon dollara çatıb. Bu məbləğdən 1 milyard 370 milyonu yalnız son 1 ildə formalaşıb.

Ermənistan demək olar 29 il ərzində 7 milyard 403 milyon dollar borc toplayıb, təkcə son 1 ildə isə bu hakimiyyət Nikol Paşinyanın başçılığı altında borcu 1 milyard 370 milyon dollar artırıb. Üstəlik, həm daxili, həm də xarici borc artır.

Alpər Mövludoğlu
Ordu.az

 

0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar