Ermənistan razılaşmalara əməl etmək məcburiyyətində qalıb: “Bir qarış da ərazi güzəştə gedilməyəcək”

Nikol Paşinyanın Azərbaycanla razılaşma sənədinin Ermənistanın maraqlarına tam cavab verməsi ilə bağlı açıqlamaları ziddiyətlidir və Azərbaycan konkret olaraq elə bir sənədə imza atacaq ki, bir qarış da ərazi güzəştə gedilməyəcək. Ümumiyyətlə üçtərəfli komissiya fəaliyyət göstərir və bu komissiya sərhədlərin müəyyənləşdirilməsini, 11 yanvar razılaşmalarını həyata keçirəcək.

Sozcu.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə artıq Ermənistan razılaşmalara əməl etmək məcburiyyətində qalıb:

“Əksi isə, Azərbaycanın yeni təzyiqləri ilə üzləşməkdir. Hətta Paşinyanın sərhəddə silahlı təxribat edib seçkini təxirə salmağa cəhd etməyi istisna deyildi. Rusiya prezidenti Vladimir Putinin ötən gün Azərbaycan və Ermənistan liderlərinə zəngi, əldə olunan razılaşmaların həyata keçirilməsi ilə bağlı Ermənistan tərəfinə konkret təlimatları artıq prosesin geri dönüşünə imkan vermədi. Artıq sənədin bir hissəsi elan edilib.

Baş nazir Nikol Paşinyana qarşı müxalifət partiyaları ciddi şəkildə siyasi təqibə başlayıb. Göründüyü kimi seçkilər Ermənistanda ciddi çətin bir situasiyada keçəcək”.

0
324
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar