Ermənistanda bir nəfər əsgərə pul çatdırmaq bəhanəsi ilə insanlardan 2,7 milyon dram mənimsəyib

Ermənistan İstintaq Komitəsinin Sünik vilayəti istintaq idarəsində araşdırılan cinayət işi üzrə həyata keçirilmiş genişmiqyaslı, eləcə də kompleks əməliyyat-axtarış işləri nəicəsində bir sıra saxtakarlıq, cinayət yolu ilə alınmış əmlakı qanuniləşdirmək halları məlum olub. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaqla əldə edilmiş faktiki məlumatlara əsasən, 30 yaşlı kişi bir qrup şəxslərlə əvvəlcədən razılığa gələrək, saxtakarlıq yolu ilə, 2020-2021-ci illərdə müxtəlif telefon nömrələri ilə müxtəlif vilayətlərdə yaşayan 30-dan artıq sakinlə əlaqə yaradaraq, özünü jurnalist kimi təqdim edərək, hərbi hissədə qulluq edən əsgərə pul çatdırmaq bəhanəsi ilə və onun tərəfindən bu pulu qaytarmaq şərtilə, inam və etimad yaradaraq, onlardan ümumi olaraq 2.710.000 Ermənistan dramı təşkil edən külli miqdarda pul mənimsəyib, bundan sonra mənimsənilmiş pulların cinayət mənşəyini və yerdəyişməni gizlətmək məqsədilə pulu başqa şirkətlərin hesabına köçürüb.

Qeyd olunur ki, ilkin istintaq davam edir.

Alpər Mövludoğlu

 

0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar