“Ermənistanda hər şeyi məhv ediblər“ – Robert Köçəryan

“3 ildir “köhnələr” və “yenilər” haqqında bayatı oxuyurlar”.

Turkustan.info xəbər “Armenian News”a istinadla verir ki, bunu “Ermənistan” blokunun rəhbəri olan Robert Köçəryan bildirib.

“Bu hakimiyyətin həqiqətən deyəcək bir sözü yoxdur. 3 ildir “köhnələr” və “yenilər” haqqında bayatı oxuyur. Ancaq birbaşa veriləcək sual budur: Ermənistanda nə edilib? Bunu soruşduqda, dərhal susurlar, çünki deyəcək sözləri yoxdur. Üstəlik, mövcud olan hər şeyi məhv ediblər. Bu o demək deyil ki, köhnə təməllərə qayıtmalıyıq, sadəcə mümkün deyil”, – deyə Köçəryan Paşinyan hökumətini hədəfə alıb. /Yenisabah.az/

 

0
206
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar