Ermənistanı sıxan “konveyer”dən qaçmaq mümkündürmü?

““Mən başa düşdüm ki, problemim bu konveyerdən (konveyer dedikdə toz, bütöv hissə halında olan yüklərin və məmulatların fasiləsiz hərəkəti üçün tətbiq olunan nəqledici nəzərdə tutulur – red.) sürətli bir şəkildə tullanmaqdır”, - Serj Sarkisyanın yayımladığı məlum səsyazmada Baş nazir Nikol Paşinyan deyir və Qarabağ məsələsində Rusiya prezidenti Putinin başçılığı altında Ermənistanın, belə demək mümkünsə, müttəfiqlərinin - KTMT və AİB ölkələrinin rəhbərləri arasında hansı Azərbaycan yönümlü mövqe ilə üzləşdiyini təqdim edir”. Bu barədə erməni siyasi ekspert Hakob Badalyanın “1in.am” nəşrində dərc olunan məqaləsində qeyd olunub.

O, Ermənistan faktiki olaraq birtərəfli güzəştə məcbur edildiyini və seytnot qarşısında qoyulduğunu yazıb.

“Bu, məcburiyyətdir, çünki dövlətin hərbi-siyasi müttəfiq çərçivəsinin bir hissəsini təşkil edən dövlətlər strateji müttəfiq hesab olunanın başçılığı altında dolayı şəkildə rəqibin siyasi və təhlükəsizlik marağının mövqeyində dayandıqda vəziyyəti başqa cür xarakterizə etmək mümkün deyil. Bu vəziyyət məcburiyyət və ya divar, seytnotdur. 2013-cü ildə Ermənistanı bu mühitə məcbur edərək seytnot qarşısında qoyublar. Ermənistanı Avropaya inteqrasiya prosesindən imtina etməyə məcbur ediblər, bu prosesin dərin məqsədi regionda Ermənistan üçün müəyyən dərəcədə vacib geosiyasi balansı bərpa etmək və Avrasiya-Türkiyə balansının qeyd-şərtsiz üstünlüyünün təsdiq edilməsinə imkan verməmək olmalı idi.

Lakin məhz bu balans Ermənistana tətbiq edildi. Üstəlik, ən ağrılısı odur ki, bu, Ermənistanda həm hakimiyyətdən, həm də hakim sistemin əsas qüvvələrindən yaradılmış müxalifətdən istifadə etməklə edilib. Vaxtilə Sarkisyanın sələfləri olan Ermənistanın birinci və ikinci prezidentləri bu müxalifətlə onun özünü hakimiyyət dəyişikliyi ilə təhdid edirdilər”, - deyə o qeyd edib.

Müəllif məqalədə yazır ki, bu vəziyyət Ermənistan üçün geri dönüş, sıçrayış əhəmiyyətinə malikdir, bu, müəyyən dərəcədə rebusdur, bunun cavabı hər halda bir çoxları üçün bəlkə də çox sadədir, lakin digər tərəfdən kifayət qədər mürəkkəbdir, çünki Ermənistanın keçdiyi yol həqiqətən ciddi bir araşdırmaya, müşahidəyə və hərtərəfli diaqnoza ehtiyac duyur ki, bu da “konveyer”dən qaçmaq, eyni zamanda bunda uğursuz olmaq yoludur. Bu yolda Ermənistana rəhbərlik edənlər ziddiyətli rol oynayıblar.

“Levon Ter-Petrosyan 1997-ci ildəki həll yanaşması ilə nə etmək istəyirdi? Barəsində Paşinyanın məlum səsyazmada danışdığı Avrasiya-Türkiyə və ya rus-türk “konveyer”i təcil toplamağa başlamadığı müddətcə Qarabağ məsələsini həll etmək? Bu, yayınmaq, manevr etmək, qarşısını almaq və tarixi dönüşü təmin etmək forması idi, yoxsa başqa bir şey? Burada təbii olaraq müzakirələrin geniş sahəsi var, lakin bəlkə də Ter-Petrosyanın motivinin əsasındakı bu idi. Robert Köçəryan, 2007-ci ildə “parlamentdə Çiçəklənən Ermənistan Partiyasının əksəriyyət təşkil etməsi, Vardan Oskanyanın prezident olmasını əhatə edən” planı ilə nə etmək istəyirdi?

Yenə də formalaşması hələ 2000-2001-ci illərdə Putinin hakimiyyətə gəlməsi ilə artıq başlamış və məhz 2007-2008-ci il mərhələsində təcil toplayan konveyerdən yayınmaq istəyirdi. Robert Köçəryanın bu təcrübəsi alınmayıb və Rusiya Serj Sarkisyanın planının həyata keçirilməsini təmin edib, eyni zamanda elə bir şəkildə təmin edib ki, Sarkisyan bununla “1 Mart” toqquşmaları nəticəsində güclü yox, zəif prezident olub. Serj Sarkisyan Avropaya inteqrasiya razılaşması ilə nə etmək istəyirdi?

Bir daha, bu dəfə Putinin prezident vəzifəsinə qayıtması ilə ikinci nəfəs və yüksək sürət alan “konveyer”dən... Bu, nəinki alınmadı, həmçinin Ermənistanı kobus formada birbaşa şəkildə bu “konveyer”ə bağladılar. Bütün məsələ odur ki, hər kəs öz uğursuzluğundan sonra özündən sonrakının uğuru məsələsinə qarşı laqeyd olub, bəzi mərhələlərdə isə istər-istəməz özündən sonrakının uğuruna mane olmağın “konveyer dövrü”ndə iştirak edib.

Bu dövrlər isə demək olar hər on ildən bir boğulmuş qanla müşayiət olunub, Ermənistan bunun sayəsində həmişə dərin bir qayda vəziyyətində saxlanılıb - 27 oktyabr, 1 mart, 2016-cı il aprel-iyul. 2018-ci ildə baş verən məhz bu mənada əsas idi ki, qansız dəyişiklik baş verib, bu dəyişiklik qaydanı dağıtmaq, yəni “konveyer”i dayandırmaq üçün tarixi imkan idi. Alınmadı və bizi yenə də minlərlə nuranimizin qanı ilə bu qaydaya atdılar.

Hazırda onu dağıtmaq, yaxud zəiflətmək, buna görə də “konveyer”in gedişatını ən azından dayandırmaq imkanı növbədənkənar seçkidir, lakin o da aydındır ki, həmin “konveyer” bu imkana qarşı olaraq işə qoyulub. Burada Ermənistan cəmiyyəti üçün məzmunlu, ideoloji, dəyər sistemli yeni seçki olduqca vacib olur ki, Ermənistana qarşı işləyən texnologiyanı heç olmasa ayaq altındakı torpaqdan məhrum etmək üçün inandırıcı ilkin şərt formalaşsın”, - deyə Badalyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

0
57
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar