Çexiya Prezidenti Rusiya barədə açıqlama verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanı Avropadan uzaqlaşdırmaq cəhdlərinin nəticə vermədiyi bildirilib.

Bunu Çexiya Prezidenti Miloş Zeman Vyanada avstriyalı həmkarı Aleksandr Van der Bellen ilə görüşdən sonra açıqlayıb.

Zeman mətbuat konfransında "Rusiya Federasiyasına münasibətdə və bu gün artıq müzakirə etdiyimiz məsələlərə münasibətdə (Avstriya Prezidenti olaraq) balanslı mövqeyinizi həqiqətən yüksək qiymətləndirirəm. Bu, soyuq müharibə ruhunu canlandırmaq istəməməkdir. Mən Rusiyanın Avropanın bir hissəsi olması fikrinizlə tamamilə razıyam. Rusiyanı Avropadan uzaqlaşdırmaq və ikitərəfli danışıqlara mane olmaq səmərəsizdir", - söyləyib.

0
137
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar