Güneyli sosial şəbəkə istifadəçiləri mədəni fəala dəstək kampaniyası başladıblar

Sosial şəbəkə istifadəçiləri bununla Təbrizin “İmam Rza” xəstəxanasına yerləşdirilən Yaşar Pirinin durumundan nigəranlıqlarını bildirməklə yanaşı, hökumət məmurlarının mədəni fəala qarşı qeyri-insanı və qanunsuz davranışına etirazlarını bildiriblər.
Müxtəlif təbəqələrdən olan sosial şəbəkə istifadəçiləri twitt və mesajlarla Tehran hökumətinin milli-mədəni fəallara qarşı qəddar, zorakı davranışlarına etirazlarını bildirib, saxlanılma zamanı və həbs müddətində onlara qarşı edilən qanunsuz hərəkətlər və işgəncələrə son verilməsini istəyiblər.
Milli-mədəni fəal Yaşar Piri fevral ayının 21-də İran hökumətinin təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılan fəal ayın 26-da Təbriz şəhərinin “İmam Rza” xəstəxanasına yerləşdirilib.
Verilən məlumata görə, Y.Piri “Sepah”ın kəşfiyyat bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri alıb.
Mədəni fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər bibər qazı nəticəsində onun nəfəs borularında problemlər yarandığını, aldığı zərbələrdən böyrəklərinin zədələndiyini deyiblər. Onun bədəninin müxtəlif yerlərində işgəncə izləri görünür.

0
581
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar