Haluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədi.

Publika.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində yer alan "Baykar Savunma" şirkətinin baş meneceri Haluk Bayraktar azərbaycanlı dostu, 9 qat dünya, 3 qat Avropa çempionu, "Muay-Tay" və "Tayboksinq" federasiyalarının vitse-prezidenti, Əməkdar və Beynəlxalq dərəcəli idman ustası Araz Musayevlə görüşüb.

Onlar türk iş adamı Məhəmməd Şahinlə bərabər Hərbi Qənimətlər Parkında olublar. 44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan ordusundan ələ keçirilən hərbi qənimətlərə baxıblar və Azərbaycan xalqının qəhrəmanlığından danışıblar.

Bildirək ki, Prezident İlham Əliyev Qarabağ zəfərinin qazanılmasında müstəsna rol oynadığına görə Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib.

Haluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTOHaluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTOHaluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTOHaluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTO
0
45
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar