Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

Həbs müddəti bitən Güney azərbaycanlı milli-mədəni fəal Həmid Mənafi Nadarlının şərti azadlığa buraxılması tələbinə razılıq verilib.

Yaxınlarının verdiyi məlumata görə, o, mayın 15-də məzuniyyət müddətinin bitdiyi üçün Evin həbsxanasına geri qayıdıb.

Həbsxana məsulları ona şərti azadlığa buraxılması ilə bağlı tələbinə müsbət cavab verildiyini, məhkumluq dövrünün başa çatdığını elan ediblər.

Bununla yanaşı Baharistan rayonunun Məhkəmə Qərarlarının İcrası İdarəsi Həmid Mənafidən 2 illik sürgün cəzasını çəkmək üçün özünü Loristan əyalətinin Azna şəhərinə getməyi tələb edib.

Qeyd edək ki, Həmid Mənafi, Behnam Şeyxi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunub.

Qanunun 499-cu maddəsinə əsasən, onların hər biri Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilib.

“Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq”da ittiham edilən fəallar Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum olunub.

H.Mənafi 21 iyul 2021-ci ildə saxlanılaraq həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına aparılıb.

0
317
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar