HƏMAS rəsmisi İran və Livana səfər edəcək

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin İslami Müqavimət hərəkatı (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə yaxın gələcəkdə Livan və İrana səfər edəcək.

"Al-Akhbar" qəzetinə danışan bəzi mənbələr "İsmayıl Haniyənin Tehrana səfəri zamanı İran İslam İnqilabı lideri Ayətullah Xamenei, Prezident Həsən Ruhani, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, yüksək səviyyəli İran rəsmiləri və İnqilab Keşikçiləri komandirləri ilə görüşü gözlənilir", - deyib.

"Al-Akhbar" qəzeti Haniyənin Beyrut təmasları çərçivəsində ölkənin qanunvericilik, icra və məhkəmə orqanlarının rəhbərləri və Livanın tanınmış siyasi xadimləri ilə görüşəcəyini yazıb.

Qəzetin yazdığına görə, İsmayıl Haniyə böyük ehtimalla Livanın "Hizbullah" hərəkatının rəhbəri Seyid Həsən Nəsrullah ilə də görüşəcək.

0
160
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar