Hyunday uçan avtomobillərin istehsalını ARTIRIR

Hyundai Motor uçan avtomobillərin istehsalını artırmağı planlaşdırır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Reuters-ə Cənubi Koreyalı avtomobil istehsalçısının baş əməliyyat direktoru Jose Munoz açıqlama verib.

Hyundai North America-nın baş icraçı direktoru olan Munoz, əvvəllər hava taksilərinin 2028-ci ilə qədər ya da daha tez bir zamanda ABŞ-ın böyük hava limanlarında fəaliyyət göstərəcəyini söyləmişdi. O bunun hətta, 2025-ci ildən əvvəl ola biləcəyini söyləyib. Beş-altı nəfəri daşıya bilən, batareyalı hava taksilərinin inkişafı üçün Vaşinqtonda yerləşən Hyundai-nin uçan avtomobil bölməsi 1,5 milyard dollar investisiya qoymağı düşünür.

Munoz Reuters-ə bildirib ki, Hyundai uçan maşınlarından yalnız müştəriləri üçün deyil, həm də ticarət yüklərinin daşınması üçün istifadə olunacaqdır.

0
76
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar