İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə mayın 16-da keçiriləcək test imtahanına qeydiyyat yekunlaşıb.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 14-ü saat 10:00-dək aparılıb.

 

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 61 (AA -1, AB - 20, AC - 40) namizəd qeydiyyatdan keçib.

0
70
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar