İran rəsmisi ABŞ-ın son sanksiya qərarına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə şəxsi "Tvitter" hesabında ABŞ-ın son sanksiya qərarına münasibət bildirib.

Xətibzadənin paylaşımında aşağıdakı ifadələrə yer verib:

"Bəzi adların sanksiya siyahısından seçilərək çıxarılması nə nüvə sazişi danışıqları ilə əlaqəlidir, nə də xoşməramlı mesaj olaraq qəbul edilir, xüsusilə iqtisadi terrorçuluğun dirçəlişinə təsadüf edən bir vaxtda".

Xətibzadə paylaşımında, həmçinin "Bayden Trampın izi ilə getmək əvəzinə, sanksiyaları təsirli və təsdiqlənən şəkildə ləğv edərək onun "maksimum uğursuzluğunu" tərk etməlidir", - deyə qeyd edib.

ABŞ Maliyyə Nazirliyi İran Milli Neft Şirkətinin keçmiş baş direktoru Əhməd Kələbani də daxil olmaqla, 3 şəxsi və 2 şirkəti sanksiya siyahısından çıxarmışdı.

 

0
78
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar