İranda ötən sutkada COVID-19-dan 129 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 129 nəfər ölüb. Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bununla da koronavirusdan ölənlərin sayı 82 480 nəfərə yüksəlib.

Ötən sutka ərzində 10 487 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 060 135 nəfərə çatıb.

0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar