İranda qeyri-farslara qarşı irqçilik: Qaşqay heykəli götürüldü

​​​​​​​Fars şovinistlərinin təzyiqi ilə Qaşqayları simvolizə edən heykəl götürülüb.

Bu barədə məlumat qaşqayların müstəqil informasiya şəbəkəsi olan “Baydaq news”un “İnstagram” hesabında yayılıb.

Paylaşılan statusda Ələhvaz (Xuzistan) əyalətinin Həftgel şəhərində yeni quraşdırılmış heykəlin panfarsistlərin basqısı və müdaxiləsi nəticəsində götürüldüyünü bildirilir.

Qeyd edək ki, İranda 3 milyondan çox qaşqay türkü yaşayır. Onlar sıx şəkildə əsasən Qohgiluye-Boyer Əhməd, Çahar Mahal və Bəxtiyari, İsfahan, Fars, Ələhvaz və Buşehr əyalətlərində yaşayırlar.

Onlar sistemli olaraq asimiliyasiyaya məruz qalır. 2016-cı ildə qaşqay şairi Məzun Qaşqayinin Şirazdakı məqbərəsi rəsmi dövlət qurumlarının göstərişi ilə dağıdılıb.

0
283
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar