İranın xarici işlər naziri Vyana səfərindən imtina etdi

İranın xarici işlər naziri Cavad Zərif Avstriyanın İsrailə göstərdiyi dəstəyə görə Vyanaya səfərini ləvğ edib.

Bu barədə Wiener Zeitung ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər yayıb.

Avstriya XİN bildirib ki, mayın15-də İran xarici işlər naziri Cavad Zərifin Vyanya səfəri planlaşdırılırdı, o, avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşəcəkdi, lakin iranlı nazir səfəri ləvğ edib.

"Biz buna təssüflənirik və bunu diqqətə alırıq", -deyə Avstriya XİN-dən vurğulayıblar.

APA xatırladır ki, Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında mayın 14-də İsrail bayraqları qaldırılıb.

0
44
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar