İraq qonşu ölkələrə çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Xarici İşlər naziri Fuad Hüseyn misirli həmkarı Səmih Şükri ilə Qətərin paytaxtı Dohada təşkil edilən Ərəb Xarici İşlər Nazirləri Məşvərət İclasında görüşüb.

Dünən keçirilən görüşdə Hüseyn İraqın bölgədəki aktiv roluna inandığı üçün Misirlə məsləhətləşmələrini gücləndirmək istədiyini qeyd edib.

Hüseyn bölgənin bütün problemlərinin həlli perspektivlərini birləşdirmək və dialoq mexanizmini gücləndirmək üçün Bağdadda İraqla qonşu ölkələri bir yerə cəm edə biləcək bir dialoq iclasının keçirilməsinə çağırış edib.

Bu dialoq çərçivəsində böhran və problemlərin həlli istiqamətində çalışmaq, sabitlik və təhlükəsizliyi qorumaq üçün səy göstərməyin vacib olduğunu ifadə edən Hüseyn "Problemlərin şiddətləndirilməsi regiona xidmət etmir", - söyləyib.

0
79
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar