İrəvanda və Xankəndidə olan heykəllər mütləq sökülməlidir

“Faşizmin hər cür təzahürü zərərlidir, dağıdıcıdır və insanlara bəla gətirir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili söyləyib ki, alman faşizmi çoxsaylı Avropa və eyni zamanda postsovet coğrafiyası xalqlarına böyük bəlalar və faciələr yaşadıb:

“Nəzərə almaq lazımdır ki, alman faşizminə qarşı mübarizə “sovet xalqları”nın ortaq siyasi keçmişi olmaqla bərabər, həm də onların ortaq faciəsi olub. Ona görə də bir qrup Rusiya vətəndaşının faşizmi təbliğ edən erməni siyasətinə qarşı fəaliyyəti başadüşüləndir. Azərbaycan da həmişə erməni faşizmini və alman faşizminin simvollarından birinə çevrilən Qaregin Njde adlı faşistin təbliğ edilməsini pisləyib və ona qoyulan heykəlin götürülməsini tələb edib. Əslində, buna qismən nail də olub. Rusiya Federasiyasının Krasnodar vilayətində artıq ermənilər tərəfindən qoyulan heykəl sökülüb. İrəvanda və Xankəndidə olan heykəllər də mütləq sökülməlidir”.

0
501
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar