İsrail şirkəti Yunanistana kəşfiyyat PUA-ları icarəyə verib

İsrailin “Israel Aerospace Industries” şirkəti Yunanıstana “Maritime Heron” kəşfiyyat PUA-ları icarəyə verib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi bitdikdən sonra Yunanıstanın PUA-ları almaq imkanı olacaq.

Dənizdə patrul reydləri keçirmək üçün nəzərdə tutulan PUA-lar 3 il müddətinə icarəyə veriləcək.

İsrail ordusu tərəfindən də istifadə edilən “Heron” PUA-larının dəniz konfiqurasiyası həm gündüz, həm də gecə müşahidə aparmaq üçün nəzərdə tutulub. PUA-lar inkişaf etmiş radar və peyk rabitə sistemləri daşıyır.

PUA-ların icarəyə götürülməsi müqaviləsinin bir neçə on milyon avro dəyərində olduğu bildirilir.
 

 

0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar