“İtaliyanı da məğlub edə bilərik”

Futbol üzrə Uels milli komandasının baş məşqçisi Robert Peyc AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Türkiyə yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

"Qafqazinfo" xəbər verir ki, o, Bakıda 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımla qürur duyuram. Daha yaxşısını istəyə bilməzdim. Güclü rəqibə qarşı oynadıq. Qaret Beyl kapitanlıq sarğısını əbəs yerə daşımır. İlk qolun ötürməsindən əlavə, ikinci qol zamanı bizə künc zərbəsi qazandırdı. Onun çıxışından çox razıyam. Penaltini boşa verəndən sonra daha yaxşı oynamağa çalışdı. Beylin gücü və sürəti bundan sonra da bizə fayda verə bilər. 4 xal qrupdan çıxmaq üçün pis nəticə deyil. Amma İtaliyaya qarşı da bu cür oynayacağıq. Onları da məğlub edə bilərik. Dünyanın ən bəxtəvər uelslisiyəm. Hər şey köynəyimizin üstündəki bayraq üçündür. Aaron Remsi də çox gözəl oynadı. Hamı böyük adlar haqqında danışmaq istəyir. Amma bu gün komanda olaraq əla təsir bağışladıq”.

0
99
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar