Körpə və erkən yaşlı yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlim keçirilir  

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə ilkin səhiyyə işçiləri üçün körpə və erkən yaşlı yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlim keçirilir. Məqsəd ilkin səhiyyə xidmətlərində çalışan tibb işçilərinin bilik və bacarıqların təkmilləşdirilməsidir. 
 
Aztibb.az xəbər verir ki, təlim Şamaxı şəhərində ilkin səhiyyə səviyyəsində çalışan pediatr, ailə həkimləri və patronaj tibb bacıları üçün təşkil olunub. Erkən uşaqlıq dövrü, patronaj tibb bacısının yeni rolu, uşaqlarda inkişafın dəstəklənməsi və izlənilməsi, valideynlik etmə və uşaqların inkişafına qayğı, fərqli inkişaf edən uşaqlar (əlilliyi və inkişaf geriliyi olan uşaqlar), uşağa qarşı sevgi – valideynlərlə iş və s. mövzular üzrə iştirakçılara ətraflı məlumatlar verilir.
 
Təlimdə, həmçinin uşaqlıq dövrü xəstəlikləri – öskürək və ya çətinləşən nəfəsalma, ishal, qızdırma, pis qidalanma və anemiya, o cümlədən sağlam uşaqlara düzgün qulluq, körpə və erkən yaşlı uşaqların qidalanması kimi məsələlərə dair məlumatlar təqdim olunur, bu barədə fikir mübadiləsi aparılır və iştirakçıların sualları cavablandırılır.
 
İştirakçılar tərəfindən maraqla qarşılanan təlim təcrübəli həkim-mütəxəssislər Nigar Hacıyeva, Sənubər Vəliyeva, Təranə Seyidməmmədova və Rübabə Quliyeva tərəfindən aparılır.
 
Qeyd edək ki, bu təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 51 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib.
0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar