Mədəniyyət Nazirliyi tərəfindən şəhid ailələri və qazilər işlə təmin olunur

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır, o cümlədən şəhidlərin ailə üzvlərinin, döyüşlərdə yaralanan və müharibə iştirakçı olan insanların və onların ailə üzvlərinin imkan daxilində mədəniyyət müəssisələrində işlə təmin olunması məsələlərinə baxılır.

2021-ci ilin yanvarın 29-dan mayın 31-nə kimi Mədəniyyət Nazirliyi tərəfindən 75 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib. Onlardan 38 nəfəri şəhidlərin ailə üzvü, 9 nəfəri döyüşlərdə yaralan şəxs, 13 nəfəri döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfəri müharibə iştirakçısı, 5 nəfəri isə müharibə iştirakçısının ailə üzvüdür.

Onu da qeyd etmək istəyirik ki, işlə təmin olunanlar bundan əvvəl mədəniyyət sahəsində çalışmamış şəxslərdir.

Eyni zamanda, şəhid mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə Mədəniyyət Nazirliyinin dəstəyi ilə maddi yardım göstərilib.

Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.

0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar