MTK-ların “kommunal xidmət” oyunu –


Mənzil-Tikinti Kooperativlərinin (MTK) “kommunal xidmət”ə görə ödəniş tələb etməsi vətəndaşların narazılığına səbəb olub.
TİA.AZ xəbər verir ki, sosial şəbəkələrdə vaxtaşırı bununla bağlı paylaşımlara rast gəlinir. Vətəndaşlar bildirir ki, MTK-lar inşa etdikləri binalarda onların cibinə uyğun olmayan “kommunal xidmət haqqı” tələb edirlər.
Hüquqşünas Əkrəm Həsənov da bu problemə toxunub. Onun sözlərinə görə, MTK-lar prosesə kollektorları, vəkilləri də qoşur: “Halbuki, MTK binanı sakinlərə təhvil verəndən sonra ləğv edilməli və bütün məsələlər sakinlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti formasında həll edilməlidir”.
Əkrəm Həsənov əlavə edib ki, MTK-ların hər hansı xidmət göstərməyə hüququ yoxdur: “Odur ki, onların bu tələbinə əməl etməyin. Sizi məhkəməyə versələr, öz qanunsuz fəaliyyətləri ifşa olunacaq. Binanıza sahib çıxın, binaya xidmət göstərəni özünüz seçin. Min cür oyundan çıxan MTK-ları isə tarixə qovuşdurun!”.

0
145
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar