“Müxtəlif cinayətkar-mülki silahlı qrupların iştirakı ilə qarşıdurmalar hazırlanır” - Zakaryan

“Yaranmış vəziyyətdə Nikol tərəfdarı olan xain “səlahiyyətlilər” seçkiləri saxtalaşdırmaq və ya ən pis halda uğursuz etmək ssenariləri hazırlayıblar”. Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının üzvü, Ermənistan Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“Xain kapitulyantın hətta saxtakarlıq etməklə olsa belə, artıq hakimiyyətə sahib olmayacağı açıq-aydın faktdır. Bunlara yalnız seçki zamanı iğtişaşlar və seçkisonrası qarşıdurmalar yaratmaq qalıb.

Bunun, hətta müxtəlif cinayətkar-mülki silahlı qrupların iştirakı ilə qarşıdurmalara səbəb olmaq üçün hazırlandığı istisna edilmir. Nikol üçün prinsiplər, müqəddəsliklər, dəyərlər yoxdur”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
 

 

0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar