Nazirlər Kabineti baş dövlət sanitariya həkiminə tapşırıqlar verdi

Baş dövlət sanitariya həkiminə metodiki göstərişlərin təsdiq edilməsi tapşırığı verilib.

Valyuta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin (NK) 172 nömrəli Qərarına dair izahda deyilir.

Qeyd edilir ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 2021-ci il 16 iyun tarixində 172 nömrəli Qərarla dəyişikliklər edilib.

Həmin dəyişiklilərə əsasən, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə sağlamlıq-bərpa obyektlərinin və ibadət yerlərinin koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlərin təsdiq edilməsi tapşırığı verilib.

0
49
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar