“Neftçi” “Spartak”ı seçdi - Biri bilindi, biri qaldı, biri ləğv olundu

“Neftçi”nin yeni mövsümə hazırlıq planında dəyişiklik olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək.

Texniki səbəblərə görə flaqman Sloveniyaya ayın 18-də yola düşəcək.

Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanışda 4 yox, 3 yoxlama oyunu baş tutacaq.

"Ağ-qaralar" iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ müəyyənləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.

0
129
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar