“Neftçi”yə bacardığım qədər köməklik göstərəcəm”

"İlk qolumu vurduğum üçün şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər köməklik göstərəcəm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Sezar Meza Kolli paytaxt təmsilçisinin heyətində vurduğu ilk qol barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

"Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın IV tur matçında fərqlənən paraqvaylı yarımmüdafiəçi zədələndiyi üçün fasilədə əvəzlənib.

30 yaşlı oyunçu birinci hissədən sonra arxa əzələsində ağrı hiss etdiyini bildirib: "Məncə bu, yüklənmədən irəli gəlirdi. İndi isə özümü hazır hiss edir və növbəti oyun üçün çalışıram".

Sezar Meza Kolli "Neftçi"yə cari mövsümün əvvəlində "Keşlə"dən keçib.

Mənbə:
0
100
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar