“Neqsol Holdinq”in Ukrayna ofisinə yeni menecer təyin olunub

“NEQSOL Holdinq” şirkətlər qrupunun Ukrayna ofisinə yeni ölkə meneceri təyin edilib.

Bu, “NEQSOL Holdinq”in telekommunikasiya şirkəti olan “Vodafone Ukraine”ın İdarə Heyətinin üzvü Volodimir Lavrençukdur.

Qeyd edək ki, “NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Banqladeş və digər ölkələrdə fəaliyyət göstərir.

Hazırda qrupa Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services və Nobel Upstream şirkətləri daxildir. Müxtəlif neft-qaz yataqlarında paya malik və Londonda yerləşən Nobel Upstream şirkəti Böyük Britaniya, ABŞ və Azərbaycanda fəaliyyət göstərir. Nobel Oil Services şirkətinin törəmə müəssisələri Azərbaycan, Türkiyə, Qazaxıstan və Banqladeşdə fəaliyyət göstərir. Qrup "KCA Deutag", "Wood" və digər beynəlxalq şirkətlərlə birgə müəssisələr yaradıb.

2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir, eləcə də Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun yaradılması layihələrinə sərmayə yatırır.

2010-cu illərin əvvəllərində qrup tikinti sahəsinə daxil olub. "Norm" şirkəti Cənubi Qafqazda ən böyük sement istehsalçısıdır. Qrup yüksək texnologiyalar sahəsində startap layihələrə və şirkətlərə sərmayə yatırır.

0
139
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar