Oğuzlular indiyədək 4,5 ton yaş barama təhvil veriblər

Builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının 8,8 tona çatdırılması nəzərdə tutulur. 

Valyuta.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Barama yetişdirmək üçün 65 kümçü ilə müqavilə bağlanılıb, onlara 220 qutu, yəni 4 kiloqram 180 qram ipəkqurdu paylanılıb. Hazırda istehsalçılardan yaş barama tədarükü davam edir. Oğuzlu kümçülər indiyədək qəbul məntəqəsinə 4,5 ton yaş barama təhvil veriblər.

Qurum rəsmisi bildirib ki, hazırda rayonun təsərrüfatlarında taxıl biçini də mütəşəkkil davam etdirilir: 

“Cari mövsümdə rayonda 16 min 423 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 12 min 57 hektarını buğda, 4 min 366 hektarını arpa sahələri təşkil edir. İndiyədək 1490 hektar sahənin arpası biçilib, 4 min 827 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edir. Hazırda sahələrdə 45 kombayn işləyir”.

0
60
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar