Tanınmış rəssam koronavirusdan vəfat etdi - FOTO

0:00
0:00

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov vəfat edib.

Oxu.Az-ın məlumatına görə, rəssam Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Qeyd edək ki, E.Zeynalov bir neçə dəfə ürək əməliyyatı keçirib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib.

Rəssam uzun illər İtaliyada yaşayıb. Əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə nümayiş olunub.

0
207
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar