Pakistan müdafiə xərclərini artırıb

Pakistan hökuməti 2021-22 maliyyə ili üçün müdafiə büdcəsini açıqlayıb. Ordu.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin təqdim etdiyi büdcə sənədində qeyd olunub.

Yeni maliyyə ili üçün Pakistanın müdafiə büdcəsi 1.37 trilyon Pakistan rupisi (8.78 milyard dollar) olacaq. Ayrılan vəsait əvvəlki maliyyə ili ilə müqayisədə 6.2% artıqdır.

Yeni müdafiə büdcəsi, hökumətin 2021-22 illəri əhatə edən ümumi xərclərinin təxminən 16%-ni təşkil edəcək. 2020-21-ci illərdə davam edən “Covid-19” pandemiyasına baxmayaraq, ölkənin ÜDM-nin təxminən 4% artacağı proqnozlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

 

0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar