Palıd qabığı dəmləməsinin möcüzə təsiri- Bu xəstələr içsin


Palıdın təzə qabığı və qozası qədim zamanlardan dərmanvasitəsi kimi istifadə edilib. Palıd qabığında çoxlu aşılayıcı maddələrolduğuna görə bəzi xəstəliklərin müalicəsində əvəzolunmaz faydalı təsirə
malikdir.




Medicina.az xəbər verir ki, palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə,antioksidant, yarasağaldan təsirinə malikdir. Onun müalicəvi təsiri ənənəvitibb tərəfindən təsdiq olunub. Bu müalicəvi bitki bir çox xəstəliklər zamanı məlhəm kimi istifadə edilir.


Dəridə yaralar,
yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla sınaqdan keçib.Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur. İshalzamanı palıd qabığı dəmləməsi daxilə qəbuledilir və bağırsaqları yaxşı təsir edir.



Babasil, anal çatları zamanı
palıdqabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvieffekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.



Palıd qabığı dəmləməsi (qarqara şəklində)damaq problemləri zamanıda çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan
qaldırır. Palıd qabığı dəmləmələri ağızda stomatitzamanıda çox yaxşı kömək edir.



Uşaqlarda xronikitonzillitzamanı

palıd qabığı dəmləməsi badamcıqlarıyığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki,
palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda itifadə etmək olar.



Onun vasitəsi ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər günaxşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.



Palıd qabığı ginekologiyada da istifadə olunur - uşaqlıq boynu eroziyaları, uşaqlıq yolu iltihabları zamanı.



Palıd qabığı saçlara da çox müsbət təsir edir - möhkəmləndirir,kəpəkdən azad edir.Saçlarınız tökülürsə, yuduqdan
sonra saçlarınızı palıd qabığı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddətərzində etmək lazımdır. 1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığıgötürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə
olunur.


Bundan başqa mədə qanaxmaları, xoralar, digər qanaxma və mensturasiya zamanı istifadəsi xeyli mübət təsirə malikdir. Qanaxmalar zamanı 1 xörək qaşığı palıd həlimi 200 qram suya qatılıb gündə 3 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.


1 su və 2 xörək qaşığı palıd qabığından qatı həlim hazırlanır, 1 hissə həlim, 4 hissə kərə yağından hazırlanmış məlhəmlə yanıq yaralarından xilasolmaq olur. 2 hissə doğranmış palıd qabıqları və 1 hissə qara çinar tumurcuqları, 7
hissə kərə yağından hazırlanmış məlhəmlə yataq yaralarından xilas olmaq olur. Məlhəmi vam odda qaynatmaq və isti-istisürtmək lazımdır.



0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar