Paşinyanın “Qarabağ kartı”: Sülh nəyin müqabilində olacaq?

Rəsmi İrəvan 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub.

Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü, 2003-cü ildən son hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub.

Belə olan halda təxribatlar davam edərsə, Ermənistanı nə gözləyir?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Ermənistan qəzetlərə, jurnalistlərə verdiyi cavabı, danışıqları dəyirmi masa ətrafında apara bilməyəcək:

“Çünki ortada 10 Noyabr Moskva razılaşması sənədi var. Bu razılaşmanın yerinə yetirilməsinə çalışılacaq. Rusiya da real vəziyyəti yaxşı bilir. Bilir ki, Azərbaycanın Ordusu da, siyasi iradəsi də güclüdür, yanında da Türkiyə kimi qüdrətli bir dövlət var. Ordusu dağılmış, miqrasiyanın sürəti artmış bir ölkədə məsələnin hərbi yolla həlli variantına getmək tamamilə mümkünsüz görünür.

Azərbaycanın Prezidenti dəfələrlə bildirib ki, nə sərhəd məsələsində, nə də sərhədlərin demarkasiyası məsələsində, nə də digər məsələlərdə, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü məsələsində hər hansı bir güzəştə gedilməyəcək. Lazım gələrsə, məsələnin hərbi yolla həllinə də çalışılacaq. Ermənilər bunu başa düşməlidirlər”.

Politoloq qeyd edib ki, ermənilər sərhədlər məsələsində, Dağlıq Qarabağın statusu məsələsində hər hansı israrlı tələbləri irəli sürməməlidirlər:

“Əks halda bu onların özlərinə ciddi ziyan gətirə bilər. Ermənilərin gələcək aqibəti məsələsini isə indi bildirmək çətindir. Paşinyan bu gün bir söz, sabah başqa bir söz deyir. Ermənistanda qarşıdurmanı gücləndirərək vətəndaş müharibəsi yarana bilər. Biz hazırkı vəziyyəti birtəhər idarə edib seçkilərdən sonrakı vəziyyəti müşahidə etməliyik. Ondan sonra isə əlimizi ciddi sürətdə stolun üstünə vurmalıyıq. Bizim Rusiyadan da öz tələblərimiz var”.

 

 

0
284
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar